• Bakı 18° C

    8.43 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Aİ Kanadaya yardım göndərir

DÜNYA

08 Iyun 2023 | 13:23

Aİ Kanadaya yardım göndərir

Avropa İttifaqı (Aİ) meşə yanğınları ilə əlaqədar Kanadaya yardım göndərir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen "Twitter"də bildirib.

"Kanada Aİ-nin Mülki Müdafiə Mexanizmi çərçivəsində dəstək istəyib və biz dərhal cavab veririk".

Avropa Komissiyasının Prezidenti bildirib ki, Fransa, Portuqaliya və İspaniya Kanadaya 280-dən çox yanğınsöndürən göndərir.

Ursula von der Leyen əlavə edib ki, daha çox dəstək göndəriləcək.

Qeyd edək ki, bu həftə Kvebekdəki yanğınlar nəticəsində tüstü ABŞ-a sərhədinə qədər çatıb. ABŞ-ın 10-dan çox ştatında xəbərdarlıq elan olunub.

Kvebek Baş naziri Fransua Leqault əyalətdəki yanğınlarla təxminən 520 yanğınsöndürənin mübarizə apardığını, daha 150 nəfərin ordudan qoşulacağını bildirib.

O, jurnalistlərə deyib ki, hazırda 150-dən çox yanğın nöqtəsi var.


SON XƏBƏRLƏR

19 Aprel 2024