• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Aİ Suriyaya qarşı sanksiyaların müddətini uzadıb

SİYASƏT

28 May 2024 | 14:51

Aİ Suriyaya qarşı sanksiyaların müddətini uzadıb

Avropa İttifaqı Şurası Suriyaya qarşı sanksiyaların müddətini uzatmaqla bağlı qərar qəbul edib.

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu, Şuranın yaydığı bəyanatda yer alıb.

Bəyanata görə, Aİ Şurası Suriyaya qarşı sanksiyaları 2025-ci il iyunun 1-dək uzadıb.

Qeyd edək ki, Aİ-nin Suriyaya qarşı sanksiyaları 2011-ci ildə Əsəd rejiminin öz xalqına qarşı zorakılıq tətbiq etməsindən sonra qüvvəyə minib. Aİ sanksiyalarla rejimə yaxın olan iş adamlarını və şirkətləri də hədəf alır.

Ümumilikdə Aİ-nin Suriya ilə bağlı sanksiya siyahısındakı şəxslərin sayı 322-yə, təşkilatların sayı isə 81-ə yaxındır. Sanksiyalara həmçinin aktivlərin dondurulması, səyahət və maliyyə qadağaları kimi məhdudiyyətlər daxildir.

Gülşən Şərif


SON XƏBƏRLƏR

26 Iyul 2024