• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ailələr niyə dağılır? - Vəkil səbəbləri AÇIQLAYIR

CƏMİYYƏT

17 Aprel 2023 | 14:07 | Müəllif: Qalib İbrahimoğlu

Ailələr niyə dağılır? - Vəkil səbəbləri AÇIQLAYIR

Bu ilin yanvar-fevral aylarında ölkədə 7541 nikah və 3014 boşanma halları qeydə alınıb.

Bu barədə Bakıvaxtı.az-a Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə. ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 5,9-dan 4,6-ya düşüb, boşanmaların sayı isə 1,5-dən 1,8-ə qədər artıb.

Bəs ailələrin dağılma səbəbi nələrdir?

Məsələ ilə bağlı Bakıavaxtı.az-a danışan vəkil Turan Abdullazadənin sözlərinə görə, boşanmanın bir sıra obyektiv və subyektiv səbəbləri var. Vəkil səbəblərdən biri kimi ölkədə sosial rifah səviyyəsinin aşağı olmasını göstərib: “İşsizlik və sosial təminatların yetərli olmaması boşanmanın ən əsas səbəblərindən biridir. Çünki iqtisadi faktor uzun ömürlü ailənin əsas təməl daşlarından biridir”.

Bundan başqa, cütlüklər arasında mədəni-mental dəyərlər, əxlaq etalonları, düşüncələr arasında olan fərqi də boşanma səbəbi kimi göstərmək olar. Müsahibimiz bildirib ki, gənclər bir-birlərini yaxşı tanımadan tələsik qərar verərək ailə həyatı qururlar. Lakin sonradan bir yerdə yaşadıqca ciddi problemlər meydana çıxır.

“Maddi vəziyyətin pis olması, qarşılıqlı anlaşmazlıq, şiddətli keçimsizlik, ər-arvadın valideynlərinin müdaxiləsi və xəyanət faktorlarını da boşanmaların əsas səbəbləri arasında göstərə bilərik”.

Vəkil qeyd edib ki, onlara müraciətlər xəyanət, aldatma, ailəsinə və uşaqlarına baxılmaması səbəbindən dolayı daha çox qadınlar tərəfindən olunur: “Yəni, kişilərə nisbətən daha çox qadınlar boşanma üçün müraciət edirlər. Lakin son dövrlərdə kişilərin müraciətlərində də artım müşahidə olunur."

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026