• Bakı 11° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.8655

    RUB - 1.9702

Aktoti Raimkulova ilə memorandum imzalandı

SİYASƏT

06 Aprel 2025 | 21:19

Aktoti Raimkulova ilə memorandum imzalandı

Aprelin 6-da Milli Məclisin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktoti Raimkulova ilə görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bakıvaxtı.az-a bildirilib ki, görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Memorandum imzalanıb. Sənədi Sahibə Qafarova və Aktoti Raimkulova imzalayıblar.

Milli Məclisin sədri sənədin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, Memorandum Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.


SON XƏBƏRLƏR

08 Aprel 2025