• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Ali təhsil müəssisələrinin sərgisi” keçirilir

CƏMİYYƏT

31 Iyul 2024 | 09:40 | Müəllif: Qalib İbrahimoğlu

“Ali təhsil müəssisələrinin sərgisi” keçirilir

Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimi başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, sərgi DİM-in elektron imtahanlar korpusunda keçirilir.

Sərgiyə DİM-in aparat rəhbəri Vəfadar Misirov açılış nitqi ilə başlayıb.

Onun sözlərinə görə, sərginin əsas məqsədi ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

“Sərgidə 33 ali təhsil müəssisəsi və 6 qurum iştirak edəcək”, - deyə Vəfadar Misirov qeyd edib.

Qeyd edib ki, sərgidə Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi, Tələbə Təhsil Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası və otk.az onlayn sınaq imtahanı portalının stendləri yer alacaq.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026