• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu bu vaxtdan başlanacaq

CƏMİYYƏT

25 Fevral 2022 | 14:17 | Müəllif: Qalib İbrahimoğlu

Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu bu vaxtdan başlanacaq

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu martın 4-dən 17-dək internet vasitəsilə aparılacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

"Ölkədə və dünyada olan pandemiyanın təsirinə görə cədvəli açıqlamazdan öncə müvafiq qurumlarla razılaşmalar aparmalıydıq. Operativ Qərargahın razılığı olmadan biz tədbirləri keçirə bilmərik. Ötən həftə Operativ Qərargah bu razılığı verib. I qrup üzrə sənəd verənlərin sayı çox olur. Bir gündə 50 mindən çox insan imtahana cəlb oluna bilməz. Texniki səbəblərə görə, I qrupun kontingentini iki hissəyə bölmüşük. Onlar ayrı vaxtlarda imtahan verəcək", - deyə SİM sədri bildirib.

M.Abbaszadənin sözlərinə görə, bu prosesdə sənəd vermək istəyən həm cari ilin, həm də əvvəlki illərin məzunları iştirak edirlər. Magistraturaya qəbul imtahanı üzrə də bakalavrlara ikinci dəfə imtahan vermək imkanı yaradılacaq. Növbəti imtahanın mayın 29-u keçirilməsi nəzərdə tutulur.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026