• Bakı 24° C

    6.26 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Qar Şamaxıda evin dam örtüyünü çökdürdü - VİDEO

CƏMİYYƏT

26 Mart 2022 | 21:05 | Müəllif: Qalib İbrahimoğlu

Qar Şamaxıda evin dam örtüyünü çökdürdü - VİDEO

Şamaxıda bir neçə gün davam edən qar bir sıra fəsadlar törədib. Evin dam örtüyü yığılıb qalan qarın ağırlığına tab gətirməyib. Dam örtüyü çöküb.

Bakıvaxtı.az-ın xezerxeber.az-a istinadən məlumatına görə, hadisə rayonun Qızmeydan kəndində Cəbrail Cəbiyevə məxsus yeni tikilmiş evdə baş verib.

Hadisə zamanı evin 2-ci  mərtəbəsi tamamilə dağılıb, bircinci mərtəbəsində yeni təmir olunmuş otaqlara ziyan dəyib. Otaqların divarlarında çatlar yaranıb. Evin tavanı, döşəməsi və içərisindəki əşyalar suyun altında qalıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Evin dam örtüyünün bir hissəsi uçaraq qonşunun həyətinə düşüb. Nəticədə elektrik naqilləri qırılıb, həyətyanı sahəyə ziyan dəyib.

Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəşad Əliyev deyib ki, rəsmilər sözügedən ünvana baxış keçiriblər. Onun sözlərinə görə, hazırda sənədləşmə işləri aparılır. İşlər bitdikdən sonra muvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026