• Bakı 21° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Koronavirusdan sonra yeni xəstəlik - Həkimdən ÇAĞIRIŞ

CƏMİYYƏT

25 Aprel 2022 | 19:28 | Müəllif: Qalib İbrahimoğlu

Koronavirusdan sonra yeni xəstəlik - Həkimdən ÇAĞIRIŞ

Xəbər verdiyimiz kimi, allerqoloq-immunoloq Vladimir Bolibok koronavirusdan sonra fil xəstəliyinin yarana biləcəyi barədə xəbərdarlıq edib. Virusdan sonra başqa bir xəstəliyin yayılma ehtimalı varmı?

İnfeksionist Nicat Əzimli Bakıvaxtı.az-a bildirib ki, fil xəstəliyi limfa sisteminin durğunluğu nəticəsində yaranır. Onun sözlərinə görə, bu, infeksion xəstəlik olmadığından, yayıla bilməz: “Sadəcə olaraq qeyd etdiyiniz bəzi rusiyalı həkimlərin fikrinə görə post-covid dövründə bu cür ağırlaşma nadir hallarda olsa belə rast gəlinəndir”.

Həkim vurğulayıb ki, limfa düyünlərinin yerləşdiyi nahiyələrdə kəskin ağrı olduğu halda həkimə müraciət etmək və müayinədən keçmək lazımdır: “Amma bir daha qeyd etməliyik ki, bu cür hallar çox nadir baş verir. Yəni, hər COVID keçirən şəxs özündə fil xəstəliyindən şübhələnməməlidir”.

Aytac Aslan

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026