• Bakı 19° C

    1.76 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Bakıda tender adı ilə külli miqdarda DƏLƏDUZLUQ

CƏMİYYƏT

25 Aprel 2022 | 19:13 | Müəllif: Subhan Mahmudov

Bakıda tender adı ilə külli miqdarda DƏLƏDUZLUQ

Bakı sakininə qarşı külli miqdarda dələduzluq edilib.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, paytaxt sakini R. Məmmədov iş qurmaq adı ilə 2021-ci ilin iyun ayında tender elan edib. Bu tenderə iş qurmaq həvəsində olan paytaxt sakini Zamiq Mehdiyev də qoşulub. İş qurmaq məqsədilə Z. Mehdiyev R. Məmmədova 10 min manat verib. Ancaq sonradan aldadıldığını görüb.

Dələduzluğa məruz qaldığını görən zərərçəkmiş Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edib. Bu zaman isə o, R. Məmmədovun axtarışda olmasını da öyrənib.

Aprelin 24-də isə R. Məmmədovu bölmə əməkdaşları saxlayaraq, istintaqa təhvil verilib.

Araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Sentyabr 2026