Almaniya Gürcüstan üçün nəzərdə tutulan 237 milyon avroluq layihələri ölkədəki vəziyyətlə əlaqədar dayandırıb.
Bakıvaxt.az xəbər verir ki, bu barədə Almaniyanın Tbilisidəki səfiri Peter Fişer X sosial şəbəkəsində bildirib.
O qeyd edib ki, Almaniya təəssüflə Gürcüstanla 237 milyon avroluq layihələri dayandırıb. Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi və nazir Svenya Şulze faktiki olaraq Gürcüstanın Avropa İttifaqından (Aİ) çıxmasına və ölkənin təhlükəsizlik qüvvələrinin müxalifətin etirazlarını dağıtmasına belə reaksiya verib.
“Biz Batumidə yaşıl hidrogenin, enerji infrastrukturunun, eləcə də su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq. Vətəndaş cəmiyyətinə və qanunun aliliyinə dəstək davam edir”.
Xatırladaq ki, ötən həftə ATƏT-in 30-dan çox iştirakçı ölkəsi Gürcüstan hakimiyyəti tərəfindən Avropayönlü nümayişlərin sərt şəkildə yatırılmasını pisləyib.