• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ukrayna XİN: Səfərbərlik yaşına dair qərar üçün ABŞ ilə...

DÜNYA

24 Yanvar 2025 | 01:00 | Müəllif: Subhan Mahmudov

Ukrayna XİN: Səfərbərlik yaşına dair qərar üçün ABŞ ilə...

Ukraynada səfərbərlik yaşı məsələsi hələ də ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə müzakirə edilməyib.

Bakıvaxtı.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxin jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, səfərbərlik yaşı ilə bağlı tərəflər arasında təmasları gözləmək lazımdır: “Təmaslar hələ başlamayıb. Təmaslar başlayanda, hansı məsələlərin müzakirə olunduğunu deyə biləcəyik. Bu barədə danışmaq hələ tezdir”.

Qeyd edək ki, ötən ilin sonunda məlum olub ki, ABŞ dəfələrlə Ukraynanı səfərbərlik yaşını 18 yaşa endirməyə çağırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026