İraqın xarici işlər naziri Fuad Məhəmməd Hüseyn Davosda çıxışı zamanı bildirib ki, Bəşər Əsəd rejiminin süqutundan sonra İŞİD qruplaşması öz mövqelərini gücləndirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Al-Arabiyya” məlumat yayıb.
“İŞİD daha da böyüyüb, son vaxtlar özünə yeni üzvlər cəlb edib və Suriya ordusunun dağılması səbəbindən daha böyük həcmdə silah üzərində nəzarəti ələ keçirib”, - nazir deyib.
Hüseyn qeyd edib ki, İŞİD-i cilovlamaq və Suriyada vəziyyəti sabitləşdirməyin yeganə yolu BMT Təhlükəsizlik Şurasının 2015-ci il tarixli 2254 saylı qətnaməsinin müddəalarına uyğun olaraq ümumi milli dialoqun aparılmasıdır.