• Bakı 23° C

    0.59 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Almaniya səfiri Türkiyə XİN-ə ÇAĞIRILDI

DÜNYA

27 Sentyabr 2022 | 18:23 | Müəllif: Subhan Mahmudov

Almaniya səfiri Türkiyə XİN-ə ÇAĞIRILDI

Almaniya səfiri Bundestaq vitse-spikerinin Ərdoğanla bağlı açıqlamaları ilə əlaqədar Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az Anadolu agentliyinə istinadən xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Bundestaqın vitse-spikeri Volfqanq Kubikinin prezident Rəcəb Tayyib Ərdoğanın ünvanına səsləndirdiyi bəyanatları kəskin şəkildə pisləyib.

“Biz Bundestaqın vitse-spikeri Volfqanq Kubikinin Aşağı Saksoniyada seçki kampaniyası çərçivəsində Türkiyə dövlət başçısına qarşı səsləndirdiyi təhqiramiz ifadələri qəti şəkildə pisləyirik”, - Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tancu Bilgiç bildirib.

Türkiyə mətbuatı xəbər verir ki, sentyabrın 27-də Türkiyə Xarici İşlər Nazirliyinə çağırılan Almaniyanın Ankaradakı səfirinə də bu məsələ ilə bağlı kəskin reaksiya verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR