İranın İsfahan şəhərində yeni nüvə tədqiqat reaktorunun tikintisinə başlanılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb. Qeyd olunub ki, İranın Atom Enerjisi Agentliyinin sədri Məhəmməd İslaminin iştirakı ilə yeni nüvə tədqiqat reaktorunun tikintisinə başlanılıb.
Xəbərdə yeni nüvə tədqiqat reaktorunun 20 faiz zənginləşdirilmiş nüvə yanacağı istifadə edən 10 meqavatlıq hovuz tipi olduğu və reaktorun İsfahan Nüvə Texnologiyaları Mərkəzində istifadə ediləcəyi bildirilib.
Qeyd olunub ki, tikilən reaktor nüvə yanacağının sınaqdan keçirilməsi, neytron şüalarının tədqiqi və inkişafı, tibbi və sənaye radioizotoplarının istehsalı üçün istifadə olunacaq.
Aytac Aslan
















