ABŞ-dən olan bir qrup tədqiqatçı Azərbaycanın işğaldan azad olunan ərazilərinə səfər edib.
Bakıvaxtı.az xəbər verir ki, tədqiqatçılar arasında Hudson İnstitutunun böyük elmi işçisi Mayk Doran da var.
Doranın Cəbrayılda Xudafərin körpüsü qarşısında çəkilən fotosu isə sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, hazırda Qərb ölkələri ilə İran arasında yaşanan gərginlik fonunda siyasətçinin İranla sərhəddə foto çəkdirməsi böyük maraqla qarşılanıb.
Amerikalı siyasi analitikin şəklini isə britaniyalı yazıçı Ed Hüseyn öz tviter hesabında paylaşıb.





jpg-1669106538.jpg)













