Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin nizamnaməsində dəyişiklik edilib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Fərmana əsasən ANAMA-nın idarəetmə orqanı olan İdarə Heyətinin üzvlərinin sayı üçdən dördə artırılıb.
Dəyişikliyə qədər İH-in tərkibi Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun 2 müavinindən ibarət idi. Bundan sonra isə İdarə Heyətinin tərkibi İH sədrindən, onun birinci müavinindən və iki müavinindən ibarət olacaq.
















