• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ana ölümləri ilə mübarizədə geriləmə müşahidə olunur - ÜST

CƏMİYYƏT

07 Aprel 2025 | 08:39 | Müəllif: Qalib İbrahimoğlu

Ana ölümləri ilə mübarizədə geriləmə müşahidə olunur - ÜST

2023-cü ildə doğuş zamanı 260 min qadın dünyasını dəyişib. Bu da hər 2 dəqiqədə bir qadın ölümü deməkdir.

Bakıvaxtı.az xəbər verir ki, bu statistika Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında yer alır.

Qurum bildirir ki, vəziyyət kasıb ölkələrdə, xüsusilə də Afrikada daha ciddidir. Dünyanın böyük bir hissəsində hamiləlik qadınların həyatı üçün ciddi təhlükə olaraq qalır.

ÜST-nin hesabatına görə 2000-2023-cü illərdə dünyada qadın ölümlərini 40 faiz azaltmaq mümkün olub. Buna səbəb tibbi xidmətin əlçatanlığının asanlaşmasıdır. Lakin son 5 ildə inkişaf ləngiyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026