• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Apteklərə hansı qurumlar nəzarət edəcək?

CƏMİYYƏT

13 Avqust 2021 | 17:14

Apteklərə hansı qurumlar nəzarət edəcək?

“Hazırda Azərbaycanda pərakəndə satış aptekləri mövcuddur. Dövlət xəstəxanalarında xəstəxana daxilində apteklər və xəstəxanada xidmət göstərən imtiyazlı apteklər mövcuddur".

Bakıvaxtı.az-ın məlumatına görə, bunu TƏBİB-in “Facebook” səhifəsindəki canlı yayımda Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev bildirib.

Onun sözlərinə görə, dövlət xəstəxanalarında xəstəxana daxilindəki apteklər və orada xidmət göstərən imtiyazlı apteklərin fəaliyyətinə TƏBİB və qurumun müvafiq Dərman və tibb vasitələri departamentinin əczaçılıq xidmətləri şöbəsi nəzarət edir:

"Pərakəndə satış aptekləri, özəl apteklərə və yaxud hər hansı şirkət apteklərinə isə Səhiyyə Nazirliyi və Nazirliyin alt qurumu olan Analitik Ekspertiza Mərkəzi nəzarət edir".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026