• Bakı 15° C

    11.22 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Argentina NATO-nun qlobal tərəfdaşı olmaq istəyir

DÜNYA

18 Aprel 2024 | 17:53

Argentina NATO-nun qlobal tərəfdaşı olmaq istəyir

Argentina NATO-nun qlobal tərəfdaşı olmaq istəyir və müvafiq sorğu göndərib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Argentinanın müdafiə naziri Luis Petri "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib .

O bildirib ki, Şimali Atlantika Alyansının baş katibinin müavini Mirça Coana ilə görüşüb və xahişi ona çatdırıb.

“Mən Argentinanın alyansın qlobal tərəfdaşı olmaq istəyini ifadə edən niyyət məktubu təqdim etdim. Biz qüvvələrimizi NATO standartlarına uyğun modernləşdirməyə və öyrətməyə imkan verəcək əlaqələri bərpa etmək üçün işi davam etdirəcəyik”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

01 May 2024