• Bakı 13° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Armen Qriqoryan Vaşinqtona gedir

DÜNYA

03 Iyul 2023 | 09:38

Armen Qriqoryan Vaşinqtona gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iyulun 4-də Vaşinqtona gedəcək.

Bakıvaxtı.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının Mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı Qriqoryanın ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və digər yüksəkvəzifəli şəxslərlə görüşü nəzərdə tutulub.

Qeyd olunur ki, Ermənistan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq. Digər təfərrüatlar açıqlanmır.

Xatırladaq ki, iyunun 27-29-da Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan Virciniya ştatının Arlinqton şəhərində yerləşən Corc Şultz adına Xarici İşlər üzrə Milli Təlim Mərkəzində ikitərəfli danışıqlar aparıblar.

Onlar Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026