• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Arutyunyan Xankəndidən getdi

Gündəm

31 Yanvar 2023 | 23:15

Arutyunyan Xankəndidən getdi

Xankəndidəki separatçıların lideri Araik Arutyunyanla digər baş terrorçu Ruben Vardanyan arasında vəziyyət gərgin olaraq qalır.

Bakıvaxtı.az xəbər verir ki, onlar arasındakı münasibətin dözülməz həddə çatdığını bildirilir.

Erməni mediası isə daha bir sensasion iddia ilə çıxış edib. Məlumata görə, Araik Arutyunyan dünən Rusiya sülhməramlıları vasitəsilə Xankəndini tərk edərək, Ermənistana gedib, buradan isə Moskvaya uçub.

Arutyunyanın səfərində əsas məqsədin Vardanyanla yaranmış problemin siyasi həllini axtarmaq olduğu vurğulanıb.

Erməni mətbuatı Arutyunyanın Rusiyadan qondarma rejimdə növbədənkənar “seçki” keçirilməsini və Vardanyanla özü arasında seçim edilməsini istəyəcəyini bildirib. Araikin fikrincə, Vardanyan Xankəndidə qaldıqca Laçın yolu ilə bağlı məsələ həll edilməyəcək.(globalinfo)


SON XƏBƏRLƏR

28 Mart 2024