• Bakı 24° C

    1.7 m/s

  • USD - 1.7

    EUR - 1.9613

    RUB - 2.0106

Astara və Lənkəran sel sularından təmizlənir - VİDEO

CƏMİYYƏT

18 Sentyabr 2023 | 17:46

Astara və Lənkəran sel sularından təmizlənir - VİDEO

İntensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının subasmaya məruz qalmış ərazilərində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

FHN-in Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalan ümumilikdə 38 vətəndaş xilasedicilər tərəfindən təxliyə edilib, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hazırda Astara rayonu, Ərçivan qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrindən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir. Bundan əlavə, Lənkəran rayonunda təhlükəsizliyin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə xidmət aparır.


Astara və Lənkəran sel sularından təmizlənir - VİDEOAstara və Lənkəran sel sularından təmizlənir - VİDEOAstara və Lənkəran sel sularından təmizlənir - VİDEOAstara və Lənkəran sel sularından təmizlənir - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR