• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Astronavtların DNT-ləri görün necə dəyişdi 

CƏMİYYƏT

07 Sentyabr 2022 | 11:20

Astronavtların DNT-ləri görün necə dəyişdi

Kosmos uçuşlarına görə NASA-ya bağlı bir qrup astronavtda DNT mutasiyası aşkar edilib. DNT-dəki dəyişikliklərin də xərçəng və ürək xəstəliklərinin inkişaf riskini artırdığı bildirilir. 

Bakıvaxtı.az xəbər verir ki, ABŞ-da aparılan araşdırmanın bir hissəsi olaraq, 1998-2001-ci illər arasında kosmos missiyaları həyata keçirən Amerika Aeronavtika və Kosmik Agentliyində (NASA) çalışan astronavtlardan qan nümunələri toplandı.

Tədqiqatçılar tədqiq etdikləri 14 astronavtın hamısının qan əmələ gəlmə sistemində (hematopoetik kök hüceyrələr) somatik mutasiyalar kimi tanınan DNT mutasiyalarını (daimi dəyişikliklər) aşkar ediblər. Bildirilib ki, bu mutasiyaların səbəbi kosmosa uçuşdur, xərçəng və ürək xəstəliklərinə tutulma riskini artırır. Bu səbəbdən astronavtların peşə həyatı boyu qan müayinəsinin və təqaüdə çıxdıqları müddətdə sağlamlıq vəziyyətlərinin izlənilməsinin vacibliyi vurğulanıb. 

Tibb professoru və tədqiqatın aparıcı müəllifi David Goukassian belə deyib: “Astronavtlar fövqəladə bir mühitdə işləyirlər ki, burada bir çox amillər somatik mutasiyalar, xüsusən də kosmik radiasiya ilə nəticələnə bilər. Bu o deməkdir ki, sözügedən mutasiyaların klonal hematopoezə çevrilmə təhlükəsi var. Kosmosa kommersiya uçuşlarına və kosmosun dərinliklərinə kəşfiyyat uçuşlarına marağın artdığı bir vaxtda bu məsələni nəzərə almaq lazımdır”.

Avtomatik mutasiyalar sperma və yumurta hüceyrələrindən kənarda meydana gəldiyi üçün qadın hamilə qaldıqdan sonra gələcək uşağa ötürülmədiyi vurğulanıb. Digər tərəfdən, bu araşdırma 3 aydan çox davam edən kosmos uçuşlarında iştirak edən astronavtların Yerdə bir il qaldıqdan sonra belə sümük itkisini qismən bərpa edə bildiyini göstərən araşdırmadan 2 ay sonra reallaşıb.

Aytac Aslan 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026