• Bakı 12° C

    5.32 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Aviaşirkətin işçiləri tətil elan etdi

 

CƏMİYYƏT

07 Fevral 2024 | 10:32

Aviaşirkətin işçiləri tətil elan etdi

Almaniyada "Lufthansa" şirkətinin işçiləri tətilə başlayıb, əksər uçuşlar ləğv edilib.

Bakıvaxtı.az Almaniya mətbuatına istinadən xəbər verir ki, tətil 27 saat davam edəcək.

Bu, Berlin, Frankfurt-Mayn, Münhen, Hamburq və Düsseldorf hava limanlarına təsir edəcək. Tətil "Lufthansa"nın bu günə planlaşdırılan 1000 uçuşun 80-90 faizini ləğv etməsinə səbəb olub. Aviaşirkət 100 mindən çox sərnişinin təsirlənəcəyini bildirib.

Həmkarlar ittifaqı inflyasiyanı kompensasiya etmək üçün 25 min hava limanı işçisinin maaşının 12,5% (lakin ayda 500 avrodan az olmamaq şərti ilə) artırılmasını və hər birinə 3000 avro ödənilməsini tələb edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026