Avropa Parlamentindəki ən böyük fraksiya, mühafizəkar Avropa Xalq Partiyası (EPP), bazar ertəsi günü AB-ni Belarusda bir inqilab hazırlamağa çağıran bir bəyanat yayaraq, "Belarus rejiminin çökəcəyi" fikrini də ifadə etdi. Bu məqsədlə sanksiyaların köməyi ilə "rejimi cəzalandırmağa" hazır olduğunu göstərmək və "Belarus xalqının aramsız mübarizəsini" dəstəkləmək təklif olunur.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bazar ertəsi günü Brüsseldə verilən bəyanatda fraksiya rəhbəri Manfred Veber rejimin çökəcəyini, xalqın qələbəsi qaçılmaz olduğunu bildirib: "AB Belarusdakı demokratik inqilabın qələbəsinə hazırlaşmalıdır".
Deputatlar Belarusiyada əsas məqamları Ukraynaya bənzəyən hakimiyyət dəyişikliyi ssenarisini həyata keçirməyi təklif ediblər. Onlar həmçinin gələcək demokratik dəyişikliklər çərçivəsində prezident Aleksandr Lukaşenkonun və aparıcı hökumət rəsmilərinin cinayət məsuliyyətinə cəlb edilməsini istəyiblər.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















