ABŞ -ın məşhur qəzeti Politico yazır ki, ABŞ -ın keçmiş prezidenti Donald Tramp 2024 -cü il seçkilərinə qatılmaq niyyətindədir.
Bakıvaxtı.az xəbər verir ki, vəziyyətin bu istiqamətdə inkişafına onun ətrafı və Respublikaçılar Partiyasındakı tərəfdarlarının dəstəyi imkan verir.
Keçmiş lider media məkanında öz mövqelərini gücləndirib və bunu elan etmək üçün münasib anı gözləyir. Hələlik yekun qərar verməməsinə baxmayaraq, qərargahı maliyyə yığımını artırdı və hazırkı dövlət başçısı Co Baydenin tənqidi də daxil olmaqla getdikcə daha çox siyasi kampaniya yayımlamağa başlayıb.
Trampa yaxın mənbələr Əfqanıstanda baş verən hadisələr, koronavirusla bağlı vəziyyətin pisləşməsi və hazırkı prezidentin reytinqinin aşağı düşməsi onun seçkilərə qatılmaq marağını gücləndiyinə əmindirlər.
"Mən bu barədə bilirəm. Dünən onunla danışdım. Əfqanıstanda baş verənlərdən sonra demək olar ki, bunu elan etməyə hazırdır ”,- respublikaçı konqresmen Cim Cordan bildirib. Keçmiş liderin keçmiş müşaviri və sözçüsü Ceyson Miller də Trampın 2024-cü il seçki yarışında yüz faiz iştirak edəcəyinə inandığını bildirb.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















