• Bakı 25° C

    4.83 m/s

  • USD - 1.7

    EUR - 1.9379

    RUB - 2.1492

Avropa Liqası: “Qarabağ” səfərdə “Elfsborq”a məğlub olub - YENİLƏNİB

İDMAN

13 Dekabr 2024 | 01:54

Avropa Liqası: “Qarabağ” səfərdə “Elfsborq”a məğlub olub - YENİLƏNİB

"Qarabağ" UEFA Avropa Liqasında İsveçin "Elfsborq" klubuna məğlub olub.

Bakıvaxtı.az-ın məlumatına görə, Liqa mərhələsinin VI turuna təsadüf edən qarşılaşmada təmsilçimiz 0:1 hesabı ilə uduzub.

"Buros Arena"da baş tutan matçda yeganə qol 57-ci dəqiqədə vurulub. Meydan sahiblərinin heyətində Ahmed Kasem fərqlənib.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Avropa Liqasında növbəti oyununu gələn il yanvarın 23-də Rumıniya təmsilçisi FCSB-a qarşı keçirəcək.

***01:17

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyununda hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, "Buros Arena"da keçirilən matçda meydan sahibləri hesabıda irəli çıxıblar - 1:0.

57-ci dəqiqədə Ahmed Kasem fərqlənib.

***01:05

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Buros şəhərindəki "Buros Arena"da keçirilən matçda hesab açılmayıb.

Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edir.

***00:46

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Buros şəhərindəki "Buros Arena"da keçirilən matçda hesab açılmayıb.

Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edir.

 

***00:00

UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunun "Elfsborq" (İsveç) - "Qarabağ" oyunu start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Buros şəhərindəki "Buros Arena"da keçirilir.

Matçı portuqaliyalı baş hakim Antoniu Nobre idarə edir.


SON XƏBƏRLƏR

10 Iyun 2025