"Rusiyanın hücumu İkinci Dünya Müharibəsinə bənzəyir".
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, rus tankları mülki şəxslərə hücum edərkən, Avropanın cavabı yetərli olmadı.
"Ukraynaya kömək etməkdə ləngdirlər. Avropa sürətli hərəkət edərsə, Rusiya müharibəni dayandıra bilər", - deyə Ukrayna Prezidenti açıqlamasında vurğulayıb.
Aytac Aslan
















