Avropa Statistika İdarəsi 2023-cü ilin birinci rübündə Avropa İttifaqı (Aİ) və Avrozonanın artım templəri ilə bağlı məlumatları yeniləyib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə, 19 üzvlü Avrozonada mövsümi təsirlərdən təmizlənmiş Ümumi Daxili Məhsul (ÜDM) 2023-cü ilin birinci rübündə əvvəlki rüblə müqayisədə 0,1 azalıb. İlkin məlumatlarda avro zonasının rüblük 0,1 faiz, illik bazda isə 1,3 faiz artacağı proqnozlaşdırılırdı. Ötən ilin son rübündə iqtisadiyyat 0,1 faiz daralıb.
Beləliklə, birinci rübdə 0,1 faizlik daralmadan sonra regional iqtisadiyyat texniki tənəzzülə uğrayıb və bu, "ardıcıl iki rüb üçün ÜDM-də azalma" kimi ifadə edilir.
Avro Bölgəsində ÜDM ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1 faiz artıb.
Bazar gözləntiləri iqtisadiyyatın rüblük əsasda sabit qalması və illik bazda yüzdə 1,2 böyüməsi idi. Elan edilmiş məlumatlar bazar gözləntilərindən aşağı gəlib.
Ay Tac