• Bakı 13° C

    7.62 m/s

  • USD - 1.7

    EUR - 1.8395

    RUB - 0.0176

Avrozonanın dövlət borcu artıb

İQTİSADİYYAT

22 Oktyabr 2024 | 16:10

Avrozonanın dövlət borcu artıb

Avrozonada dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) nisbəti bu ilin ikinci rübündə 88,1 faizə yüksəlib.

Bakıvaxtı.az "Milliyet"ə istinadən xəbər verir ki, bu, Avropa Statistika İdarəsinin (Eurostat) 2024-cü ilin ikinci rübü üçün avrozonanın dövlət borcu və büdcə kəsiri ilə bağlı hesabatında yer alıb. 

Hesabata görə, avrozonada dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti bu ilin ikinci rübündə 88,1 faizə yüksəlib. 

AB üzv ölkələri arasında ilin ikinci rübündə dövlət borcunun ÜDM-ə nisbəti ən yüksək olan ölkə 163,6 faizlə Yunanıstan olub. Sözügedən dövrdə dövlət borcunun ÜDM-ə nisbəti ən aşağı olan ölkələr 22,1 faizlə Bolqarıstan, 23,8 faizlə Estoniya və 26,8 faizlə Lüksemburq olub.

Gülşən Şərif


SON XƏBƏRLƏR