Sumqayıt şəhərinda avtomobilin vurduğu piyada 8 gün sonra xəstəxanada ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə dekabrın 4-də şəhərin Sülh prospketində qeydə alınıb.
1994-cü il təvəllüdlü Ruslan Ağayev idarə etdiyi “Opel Astra” markalı avtomobillə yolu keçən piyada,1942-ci il təvəllüdlü Şöhrət Eyvazovanı vurub.
Yaralı dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Aparılan müdaxilələrə baxmayaraq, o dekabrın 12-də müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.