• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

AXCP üzvü azadlığa buraxıldı

HADİSƏ

25 May 2022 | 09:07 | Müəllif: Qalib İbrahimoğlu

AXCP üzvü azadlığa buraxıldı

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Məhərrəmov Aqil Əli oğlu azadlığa çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onun yaxınları bildiriblər. A.Məhərrəmovun hazırda evində olduğu qeyd edilib.

Xatırladaq ki, Aqil Məhərrəmli 2018-ci ildə Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov, Vidadi Rüstəmli, Ruslan Nəsirov, Babək Həsənovla birgə həbs olunub. Onlar Cinayət Məcəlləsinin 192.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndiriliblər. Həmin vaxt istintaqdan gizləndiyi üçün isə Eltac Əlisoy barəsində axtarış elan olunub.

2019-cu ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsi Saleh Rüstəmovu 7 il 3 ay, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmovu 4 il, bu partiyanın Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovu 3 il həbsə məhkum edib. Məhkəmə AXCP Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovu və Saleh Rüstəmovun qardaşı oğlu Vidadi Rüstəmlini şərti azadlığa buraxıb.

Xatırladaq ki, Babək Həsənov ötən il əfv sərəncamı ilə azadlığa çıxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026