• Bakı 22° C

    1.6 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Azərbaycanda DƏHŞƏT: Keçmiş arvadını... - YENİLƏNİB

HADİSƏ

23 Iyun 2022 | 17:22 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanda DƏHŞƏT: Keçmiş arvadını... - YENİLƏNİB

Gəncədə 25 yaşlı qadın əri tərəfindən qətlə yetirilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a bildirilib ki, iyun ayının 23-də günorta radələrində Gəncə şəhər Baş Polis İdarəsinə şəhər sakini 1997-ci il təvəllüdlü Aynurə Bayramovaya şəhər ərazisində bıçaqla qətlə yetirilməsi barədə məlumat daxil olub. Dərhal polis və şəhər prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar həyata keçirib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, A. Bayramovanın həyat yoldaşı Rauf Vəliyev isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Fakta bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir.

 

***

16:57

Gəncədə qətl hadisəsi baş verib.

Bakıvaxtı.az-ın məlumatına görə, hadisə şəhərin "Pasyolka" adlanan ərazisində qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Aynur Vəliyeva bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, qadın dünyasını dəyişib.

Yaxınların verdiyi məlumata görə qadın keçmiş həyat yoldaşı tərəfindən qətlə yetirilib.

Hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışlar davam edir.

Faktla bağlı araşdırma aparılır./unikal.org/


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR