Milli Kosmos Şurasının iclasında çıxış edən ABŞ-ın vitse-prezidenti Kamala Harris NASA-nın Aya göndəriləcək astronavt heyətinə başqa ölkədən bir astronavtın da daxil ediləcəyini deyib.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Harris sözügedən astronavtın hansı ölkədən olacağını dəqiqləşdirməsə də, 10 il ərzində Artemis proqramı çərçivəsində beynəlxalq bir astronavtı Ay səthinə endirməyi planlaşdırdıqlarını qeyd edib.
Xatırladaq ki, Artemida Missiyası çərçivəsində 2025-ci ilin dekabrında elmi araşdırmalar aparmaq üçün Aya 4 astronavt göndərilməsi planlaşdırılır.
Eyni proqram çərçivəsində ABŞ Ayda daimi baza yaratmağı, Aydan Marsa səyahət üçün dayanacaq kimi istifadə etməyi və orada qiymətli metalların çıxarılmasını nəzərdə tutur.
Ay Tac















