• Bakı 22° C

    3.54 m/s

  • USD - 1.7

    EUR - 1.926

    RUB - 2.1283

Ayaz Mütəllibov I Fəxri Xiyabanda dəfn olundu - FOTOLAR

CƏMİYYƏT

28 Mart 2022 | 14:44

Ayaz Mütəllibov I Fəxri Xiyabanda dəfn olundu - FOTOLAR

Ötən gün 84 yaşında vəfat edən eks-prezident I Fəxri Xiyabanda dəfn olunub. 

Bakıvaxtı.az bildirir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, millət vəkilləri, bir sıra ziyalılar iştirak edib. 

Qeyd edək ki, eks-prezidentin dəfn mərasimi Birinci Vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə həyata keçirilib. 

Xatırladaq ki, Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra 1992-ci il martın 6-da istefa verib. Həmin vaxtdan etibarən 1992-ci ildən 2012-ci ilə qədər Moskvada yaşayıb. 2012-ci ildə yenidən Azərbaycana qayıdıb.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

22 May 2025