• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AYB-nin Qərbi Azərbaycan bölməsi yaradıldı

CƏMİYYƏT

14 Iyun 2023 | 17:08

AYB-nin Qərbi Azərbaycan bölməsi yaradıldı

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qərbi Azərbaycan bölməsi yaradılıb.

Bu barədə Bakıvaxtı.az-a AYB-dən məlumat verilib.

Bildirilib ki, bu barədə qərar iyunun 14-də, Azərbaycan Yazıçılar Birliyində, katibliyin növbəti toplantısı zamanı qəbul edilib.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı yeni bölmənin yaradılması təklifini Birliyin sədr müavini Rəşad Məcid səsləndirib. Təklif Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tərəfindən müsbət qarşılanıb. Ümümi müzakirədən sonra təklif səsə qoyulub və qəbul edilib.

Qərara alınıb ki, yeni bölmənin sədri millət vəkili, tanınmış şair Musa Ururd təyin edilsin. Bölmənin sədr müavini isə tanınmış teleaparıcı, şair Bəhruz Nİftəliyev təyin edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026