• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azad edilmiş ərazilərdə daha 29 mina aşkarlandı

CƏMİYYƏT

25 Sentyabr 2023 | 13:17

Azad edilmiş ərazilərdə daha 29 mina aşkarlandı

Ötən həftə işğaldan azad edilmiş ərazilərdə 29 mina aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, sentyabrın 11-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 11 mina və 40 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Bundan əlavə, 379,9 ha ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026