• Bakı 17° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Azadlıq meydanı hərbi parada hazırdır

SİYASƏT

08 Noyabr 2025 | 10:37

Azadlıq meydanı hərbi parada hazırdır

Vətən Müharibəsindəki Zəfərin 5 iliyinə həsr olunan hərbi paradla bağlı hazırlıq işləri tamamlanıb.

Bakıvaxtı.az xəbər verir ki, paradda keçid edəcək şəxsi heyət, hərbi texnika artıq hazır vəziyyətə gətirilib.

Həmin əraziyə yaxın küçə və prospektlər, eləcə də binaların eyvanları Azərbaycan bayraqları ilə bəzədilib.

Qeyd edək ki, bu gün Bakıda Vətən Müharibəsində Zəfərin 5 illiyinə həsr olunan hərbi parad keçiriləcək. Paradda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı gözlənilir.

Bundan başqa paradı izləmək üçün Bakıya Slovakiyanın, Serbiyanın və digər ölkələrin dövlət nümayəndələri gəliblər.


SON XƏBƏRLƏR

07 Noyabr 2025