• Bakı 15° C

    11.22 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

AZAL Bakı-Kəraçi marşrutu üzrə ilk uçuşunu həyata keçirdi

İQTİSADİYYAT

18 Aprel 2024 | 23:45

AZAL Bakı-Kəraçi marşrutu üzrə ilk uçuşunu həyata keçirdi

"Azərbaycan Hava Yolları" aviaşirkəti (AZAL) Pakistanın ən böyük şəhəri Karaçiyə ilk birbaşa reysini həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, aviaşirkətin Bakıdan Kəraçiyə ilk uçuşu aprelin 18-də saat 20:10-da, Kəraçiyə isə aprelin 19-da saat 00:30-da (yerli vaxtla) enib. Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günləri yerinə yetiriləcək.

Kəraçi Pakistanın cənubundakı liman şəhəridir, ölkənin ən böyük və dünyanın ən böyük şəhərlərindən biridir. Bu, Pakistanın əhəmiyyətli tarixi, eləcə də iqtisadi və mədəni mərkəzidir ki, bu da onu turistlər üçün maraqlı edir.

Səfərdə bir qrup media nümayəndəsi iştirak edir, onlar üçün Kəraçinin görməli yerlərinə ekskursiyalar da təşkil olunacaq. Səfər "Mian's Group" ilə birgə təşkil olunub.

Qeyd edək ki, aviaşirkət hazırda Pakistanın daha iki şəhərinə - İslamabad və Lahora da uçuşlar həyata keçirir.


SON XƏBƏRLƏR

01 May 2024