"Ən çox böyrək transplantasına ehtiyacı olan xəstə var."
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova nazirliyin canlı yayımında deyib.
Y.Abbasova bildirib ki, böyrək gözləyən xəstələrin sayı 400-dən artıqdır və böyrəklə bağlı müraciətlərin çoxluğu tək Azərbaycanda deyil, bütün ölkələrdə belədir:
"Azərbycanda ikinci sırada sümük iliyi transplantasiyasına ehtiyacı olan qan xəstələridir. Belə ki, həmin şəxslərin sümük iliyi transplantasiyası əməliyyatına ehtiyacları var. Qaraciyər transplantasiyası əməliyyatına ehtiyac duyan xəstələrin sayı da kifayət qədərdir. Bundan əlavə, Mərkəzə ağciyər, ürək, gözün buynuz qişası kimi orqanların transplantasiyası əməliyyatına ehtiyac duyan şəxslər də müraciət etməkdədir”.
O, hazırda orqan transplantasiyası üzrə donor gözləyən xəstələrin sayının 1000-ə yaxın olduğunu bildirib.
Mina Mikayılova





jpg-1717147670.webp)


jpg-1717143284.webp)







