“İnsan orqanlarını bağışlamaq istəyirsə, ölümündən əvvəl Səhiyyə Nazirliyinin təsdiq etdiyi rəsmi sənədi dolduraraq imzalayır”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova nazirliyin canlı yayımında deyib.
Onun sözlərinə görə, bu sənədi imzalayanlar vahid informasiya bazasında ölümündən sonra donor olmaq istəyən şəxslərin reyestrinə daxil olur:
"Bu şəxs reanimasiya şöbəsində beyin ölümü diaqnozu ilə dünyasını dəyişərsə, orqanları yararlı olarsa və ona uyğun xəstə respublikada olarsa, o zaman həmin şəxsin orqanları istifadə oluna bilər".
Y.Abbasova onu da əlavə edib ki, hər kəs öz arzusu ilə donor ola bilməz.
Mina Mikayılova
















