• Bakı 11° C

    5.64 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AZAL Gəncədən Moskva və Sankt-Peterburqa uçuşlar həyata keçirəcək

CƏMİYYƏT

22 Fevral 2023 | 15:22 | Müəllif: Qalib İbrahimoğlu

AZAL Gəncədən Moskva və Sankt-Peterburqa uçuşlar həyata keçirəcək

“Azərbaycan Hava Yolları” aviaşirkəti Gəncədən Rusiyanın iki şəhərinə - Moskva və Sankt-Peterburqa uçuşlar üçün aviabilet satışına başlayır.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, reyslər hər həftə yerinə yetiriləcək.

Aviaşirkətin Bakı – Moskva - Gəncə - Moskva - Bakı marşrutu üzrə ilk reysi martın 17-də həyata keçiriləcək. AZAL bu istiqamətdə həftədə üç dəfə – bazar ertəsi, cümə və şənbə günləri uçacaq.

Martın 19-dan etibarən isə aviaşirkət Bakı - Sankt-Peterburq - Gəncə - Sankt–Peterburq - Bakı istiqamətində həftədə bir dəfə - bazar günləri uçuşlara başlayacaq.

İyun ayından etibarən hər iki marşrut üzrə uçuş cədvəlinə daha bir reys əlavə edilərək, müvafiq olaraq çərşənbə və cümə axşamı günləri yerinə yetiriləcək.

Aviaşirkətin rəsm www.azal.az saytında uçuş cədvəli haqqında daha ətraflı məlumatla tanış ola, həmçinin reyslərə aviabiletləri əldə edə bilərsiniz. Aviabiletləri AZAL-ın mobil tətbiqi vasitəsilə də əldə etmək mümkündür..


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR