• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

AZAL may ayından Qroznıya müntəzəm reyslərə başlayacaq

CƏMİYYƏT

10 Aprel 2024 | 12:08

AZAL may ayından Qroznıya müntəzəm reyslərə başlayacaq

Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə — Qroznıya müntəzəm reyslər yerinə yetirməyə başlayacaq.

AZAL-dan Bakıvaxtı.az-a verilən məlumata görə, Bakıdan Qroznı şəhərinə və əks istiqamətdə uçuşlar həftədə iki dəfə — çərşənbə və bazar günləri həyata keçiriləcək.

Qroznı zəngin mədəni irsi ilə səyahətçiləri cəlb edir. Yeni marşrutun açılması sərnişinlərə yeni səyahət və işgüzar səfər imkanları təqdim edərək iki şəhər arasındakı əlaqələri gücləndirəcəkdir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin yenilənmiş mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026