• Bakı 13° C

    6.88 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Azdrama"ya direktor əvəzi təyin olundu

CƏMİYYƏT

01 May 2023 | 13:57 | Müəllif: Qalib İbrahimoğlu

"Azdrama"ya direktor əvəzi təyin olundu

Akademik Milli Dram Teatrına direktor əvəzi təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, teatrının direktorunun əmək funksiyalarının icrası İlham Əsgərova həvalə olunub.

    Qeyd edək ki, İlham Əsgərov 1997-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışır.

    O, 1998-2018-ci illərdə bədii quruluş hissə müdiri vəzifəsində, 2018-ci ildən isə teatrın yaradıcı işlər üzrə direktor müavini vəzifəsində çalışır.

    2013-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2017-ci ildən isə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

    2017-ci ildə Cəfər Cabbarlının Ev Muzeyi tərəfindən “Cəfər Cabbarlı” mükafatına, 2021-ci ildə Mədəniyyət Nazirliyi tərəfindən “Nizami Gəncəvi” medalına layiq görülüb

    Xatırladaq ki, Akademik Milli Dram Teatrının bədii rəhbəri, direktoru və baş rejissoru Xalq artisti Azərpaşa Nemətov aprelin 9-da vəfat edib./apa


    "Azdrama"ya direktor əvəzi təyin olundu
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026