• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Azərbaycan AŞPA müşahidəçilərinə niyə “YOX” deyib? - İlginc detal

SİYASƏT

12 Fevral 2024 | 14:05

Azərbaycan AŞPA müşahidəçilərinə niyə “YOX” deyib? - İlginc detal

“Prezident İlham Əliyevin yüksək səs faizi ilə qalib gələcəyi gün kimi aydın idi”.

Bu barədə Bakıvaxtı.az-a politoloq Zərdüşt Əlizadə Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin nəticələrindən danışarkən deyib.

Müsahibimiz Avropa Şurası Parlament Assambleyasının seçkiyə olan münasibətindən də bəhs edib.

Onun sözlərinə görə, AŞPA istəyirdi ki, Azərbaycan hökuməti onun müşahidəçilərini fevralın 7-də baş tutan seçki prosesini müşahidə etmək üçün Azərbaycana dəvət etsin:

“Onlar da ölkəmizə gələndən sonra MSK onlara təklif edəcəkdi ki, Prezident Xankəndidə səs verəcək, siz də gedib orada müşahidələr aparın. Onlar da imtina edəcəkdilər. Sonra dünyaya bəyan edəcəkdilər ki, biz Qarbağdakı seçkini müşahidə etməkdən imtina etdik, çünki Azərbaycan Qarabağı guya zor tətbiq edərək, işğal edib”.

Z.Əlizadə vurğulayıb ki¸ bu mərhələdə prezident İlham Əliyevin qələbəsi heç kəsdə şübhə doğurmurdu:

“AŞPA müşahidəçiləri seçkilərə kölgə salmağa çalışacaqdılar. Açıqlanan nəticələrə rəğmən AŞPA müşahidəçiləri yenə də qeyd edəcəkdilər ki, seçkidə ədalətli rəqabət üçün şərait yox idi. Azərbaycan da onlara qısa şəkildə “gəlməyin” dedi”.

Zərdüşt Əlizadə: AŞPA müşahidəçiləri öz alçaq niyyətlərindən əl çəklməyəcəkdilər

Müsahibimiz deyib ki, hətta AŞPA yetkililəri bildirmişdilər ki, Azərbaycan onları seçkilərə dəvət etsə, onlar qərarlarını dəyişəcəklər:

“Təbii ki, Azərbaycan rəhbərliyi onların səmimiyyətinə inanmadı, çünki onlar öz alçaq niyyətlərindən əl çəklməyəcəkdilər. Onlar bu alçaq niyyəti həyata keçirmək üçün ölkəmizə gəlmək istəyirdilər, Azərbaycan da “yox” dedi.

Ayyət Əhməd


SON XƏBƏRLƏR

26 Iyul 2024