• Bakı 15° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.9359

    RUB - 2.0852

Azərbaycan BƏƏ-yə birbaşa investisiyalarını artırıb

İQTİSADİYYAT

22 Mart 2025 | 17:00

Azərbaycan BƏƏ-yə birbaşa investisiyalarını artırıb

Ötən il Azərbaycanın BƏƏ iqtisadiyyatına birbaşa xarici investisiyaları 457,531 milyon ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az-ın Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, investisiyaların həcmi illik müqayisədə 4,82 dəfə və ya 362,712 milyon ABŞ dolları artıb.

BƏƏ-yə Azərbaycan investisiyalarının ümumi birbaşa xarici investisiyalardakı payı 26 % təşkil edir.

Öz növbəsində, BƏƏ Azərbaycan iqtisadiyyatına birbaşa 490,156 milyon ABŞ dolları (+53,67 %) sərmayə qoyub. Əmirlik investisiyalarının Azərbaycanda birbaşa xarici investisiyalarının ümumi həcmindəki payı 7 % təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dolları (illik artım 5,83 %) təşkil edib. Ötən il Azərbaycandan digər ölkələrin iqtisadiyyatına birbaşa olaraq 1 milyard 762 milyon ABŞ dolları (-43,5 %) sərmayə qoyulub.

2023-cü ildə BƏƏ-dən Azərbaycana birbaşa xarici investisiyaların həcmi 1,857 milyard ABŞ dolları, ölkəyə birbaşa yatırımların ümumi həcmi isə 6,658 milyard ABŞ dolları təşkil edib. Bu dövr ərzində Azərbaycandan BƏƏ-yə 94,819 milyon ABŞ dolları sərmayə qoyulub, Azərbaycanın xarici ölkələrə ümumi birbaşa yatırımları 3,117 milyard ABŞ dollar təşkil edib.


SON XƏBƏRLƏR

23 Aprel 2025