"Cənubi Qafqaz regionu, xüsusilə Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı reallıq qlobal səviyyədə bütün diqqətlərin bölgəyə yönəlməsinə səbəb olub".
Bunu Bakıvaxtı.az-a deputat Tural Gəncəliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazı sülh və əməkdaşlıq platformasına çevirmək istədiyini dünyaya bəyan edib:
"Ən mötəbər beynəlxalq tədbirin - COP29-un ölkəmizdə keçirilməsi dünyanın Azərbaycanın əməyinə, siyasətinə verdiyi böyük önəmdir. Əfsuslar ki, bu müsbət konteksdə Avropa İttifaqının Ermənistanda "mülki missiya" adı altında hərbi məqsədlər güdən missiyanın destruktiv hərəkətlərini görürük”.
Tural Gəncəliyev, deputat
Müsahibimiz bildirib ki, son zamanlar şərti sərhəd zolağında Aİ missiyasının nümayəndələrinin erməni hərbçilərlə birlikdə müşahidə aparması, fransız səfirin yersiz olaraq riskli zonaya gəlməsi, təxribat xarakterli hərəkətləri Avropa güc mərkəzlərinin regionla bağlı məkrli planlarından əl çəkməməsini göstərir:
“Onlar Ermənistan-Azərbaycan münasibətləri həll edildikdən sonra "ofsayt"da qaldıqlarını anlayırlar. Əllərində hansısa rıçaq, manipulyasiya aləti yoxdur. Ona görə də məcburdurlar ki, Aİ missiyası adı altında hansısa məsələlərə müdaxilələr etsinlər".
Aydın Baxış