Azərbaycan Basketbol Liqasında çıxış edən "Abşeron" oyunçusu Jaja Devislə yollarını ayırıb.
Klubdan Bakıvaxtı.az-a verilən məlumata görə, ABŞ-dan olan basketbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, J.Devis “Abşeron”da cari mövsümün əvvəlindən çıxış edirdi.