• Bakı 17° C

    5.8 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Azərbaycan millisi UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirəcək

İDMAN

07 May 2024 | 10:19

Azərbaycan millisi UEFA İnkişaf Turnirində sonuncu oyununu keçirəcək

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində bu gün sonuncu oyununu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, yığma ABFF Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.

Qeyd edək ki, U-17 ilk iki görüşdə Belarus (1:3) və Qazaxıstana (2:2, penaltilərlə 1:4) məğlub olub. Türkiyə millisi isə həm Qazaxıstan (5:0), həm də Belarus (3:1) yığmaları üzərində qələbə qazanıb.


SON XƏBƏRLƏR

18 May 2024