• Bakı 12° C

    7.41 m/s

  • USD - 1.7

    EUR - 1.8621

    RUB - 0.0192

Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün girdi

SİYASƏT

26 Sentyabr 2023 | 14:33

Azərbaycan Ordusu Xocalıya sülh və əmin-amanlıq gətirmək üçün girdi

"Ermənistan hazırda Xocalı qətliamının bədəlini ödəyir və ödəyəcək".

Bakıvaxtı.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan rəsmi səfərdən qayıdan zaman jurnalistlərə açıqlamasında deyib.

Xocalıdan və başqa şəhərlərdən 1 milyon azərbaycanlının qovulduğunu xatırladan Ərdoğan qeyd edib ki, illər sonra Azərbaycan bu qətliamın qisasını fərqli şəkildə aldı: "Torpaqlarını geri aldı".

Türkiyə Prezidenti ABŞ-ın, Rusiyanın və Fransanın Minsk üçlüyü olaraq məsələni həll edə bilmədiyini qeyd edib.

O, Azərbaycanın məsələni özünün həll etdiyini vurğuıayıb: "İndi Xocalıda kim var? Xocalının əsl sahibləri... Bütün şəhidlərə Allahdan rəhmət diləyirik. Azərbaycan Ordusu Xocalıya xaos, qan və ölüm deyil, sülh və əmin-amanlıq gətirmək üçün girdi. İllər əvvəl erməni quldur dəstələri kimi ora girməmişdi. İnsanları qırmağa getmirdi. O, haqq etdiyi sülh və əmin-amanlığı təmin etmək üçün Xocalıya daxil oldu. Arxasında qələbələrin müjdəsi ilə öz torpağına girdi".

Ərdoğan qeyd edib ki, indi Azərbaycanın suverenliyi altında həm Xocalı, həm də Qarabağ üçün daimi sülh və əmin-amanlıq zamanıdır: "Ermənistanın vəzifəsi bu sülhü bərqərar etmək və qorumaq üçün sülhün tərəfində olmaqdır".


SON XƏBƏRLƏR

28 Noyabr 2023